نوع مقاله : مقاله پژوهشی
نویسنده
استاد دانشگاه آوراسیا- باکو
کلیدواژهها
عنوان مقاله English
نویسنده English
Türklәr Sarı çayın döngәsindәn Adriyatik sahillәrinә, Qıpçak bozqırlarından Sibirә vә şimali Afrikaya, hәtta şimali Amerikanın bәzi bölgәlәrinә kimi yayılmış bir millәtdir. Türklәrin yaşı tarixlә yanaşı başlamışdır. Bu fikir sadәcә olaraq hissiyyatla irәli sürülmüş bir düşüncә deyildir. Bunu arxeoloji qazıntılar, etnologiya vә folklor sübut etmişdir. Türklәrin 1071-ci ildә Malazgirt zәfәri ilә Anadoluya gәlib mәskunlaşdıqları qәrblilәrin vә onların tәsir dairәsindәkilәrin uydurduğu bir fikirdir. Türklәr millәt olaraq tarixin bilinmәyәn çağlarından etibarәn Anadolu vә qonşuluğundakı Azәrbaycan coğrafiyasını özünә yurd etmişdir.
Atatürk Azadlıq hәrbi zamanında vә sonrasında siyasi, hәrbi bir düha olaraq mәnsubu olduğu millәtinә yüksәk bir ruh bәxş etmәk istәmiş vә bunu hәm hәrbi, hәm siyasi, hәm dә mәdәni mәnada başarmış bir şәxsiyyәtdir. Yaxşı türk deyilәn etnik xalq yalnızca Anadoluda yaşıyanlardan ibarәtdir dә Atatürk türk millәti ilә bağlı olaraq yalnızca onlara yeni bir ruh aşılayacaq mesajlar vermәk istәdi vә ya Anadolu türklüyü özünә mәxsus bir ictimaiyyәtdirmi, yaxın qohumları vardırmı? Qonşuluğundaki Azәrbaycan ilә etnik vә mәdәni bir rabitәsi vardırmı? İndiyә kimi bu haqda bir çox araşdırmalar aparılmış vә müxtәlif fikirlәr irәli sürülmüşdür, ancaq Azәrbaycan termini nә demәkdir, bu ad nәdәn mәnbәlәnmişdir, bu adı kim vermişdir? Әlbәttә bu mövzuda müxtәlif alimlәr araşdırmalar apararaq öz fikirlәrini irәli sürmüşdür, ancaq ortak bir mәxrәcә çatıla bilmәmişdir. Bu mәqalәdә Azәrbaycan, Anadolu vә Asiya türklüyünün etno-mәdәni birliyinin köklәri vә Azәrbaycan adının mәnşәyi mövzusu haqda araşdırmalar aparılaraq elmi faktlar irәli sürülmüşdür.
کلیدواژهها English