چکیده یکصد سال از برگزاری نخستین قورولتای ترکشناسی میگذرد که از ۲۶ فوریه تا ۶ مارس ۱۹۲۶ در باکو برگزار شد. در طول روزهای برگزاری قورولتای و نیز در سالهای پس از آن، نه تنها در جمهوری آذربایجان، بلکه در اتحاد جماهیر شوروی سابق، ترکیه، ایران و سایر کشورها صدها مقاله و دهها کتاب در این زمینه به چاپ رسیده است. در رادیو و تلویزیون بسیار سخن گفته شده و توجه و عنایت به توسعه فرهنگی اقوام ترک مورد ستایش قرار گرفته است. بهاصطلاح، در نوشتهها، برنامهها و پژوهشها، وجوه آشکار و نمایان قورولتای برجسته شده است.
اعدام نمایندگان نخستین قورولتای ترکشناسی در سال ۱۹۳۷ با اتهامهای ملیگرایی و تبلیغات ضدشوروی و نامیدن آنان به عنوان «دشمن خلق»، باعث شد که ماهیت واقعی وقایع در تاریکی بماند.
پس از فروپاشی اتحاد جماهیر شوروی، بخشی از اسنادی که در آرشیوها به صورت محرمانه نگهداری میشد، از حالت «محرمانه» خارج شد و پژوهشگرانی که از این فرصت بهره بردند، کوشیدند اهداف واقعی دولتهای استعماری را در برگزاری قورولتای آشکار سازند. در میان بخشی از پژوهشگران نسل جدید، این نظر شکل گرفته است که دستگاههای امنیتی شوروی برای شناسایی و حذف افراد ملیگرا و میهنپرست، زمینهسازی برگزاری نخستین قورولتای ترکشناسی را فراهم کردهاند.
با دقت در تاریخ دویست سال اخیر، روشن میشود که قورولتای ترکشناسی صرفاً برای نابودی روشنفکران اقوام ترک برگزار نشده بود. این قورولتای بخشی از سیاست همسانسازی (ذوبسازی) استعمارگران روسیه بوده است. روسیه تزاری برای مسیحیسازی و همسانسازی مردمان تحت سلطه خود، سیاستی پنهان و نرم را دنبال میکرد. شورویها سیاست ذوبسازی مردمان تحت سلطه دولت تزاری را در پوشش بینالمللگرایی ادامه دادند. اگرچه وعده میداد که ملتها را از اسارت نجات خواهد داد، اما در عمل شکل سیاست ذوبسازی استعمارگر را تغییر داد. او پس از تکهتکه کردن ملتها به گروههای کوچک، برنامهریزی کرد تا زبان، فرهنگ و تاریخ آنان را به فراموشی سپرده و روسیسازی کند.
اسناد موجود در آرشیو حزب کمونیست آذربایجان و سرویس امنیت ملی جمهوری آذربایجان نشان داد که به دلیل وجود مأموران - خبرچینهای کافی کمیته امنیت دولتی (KGB) در قورولتای، دستگیریها دو روز پس از گردهمایی آغاز شد. نخستین بازداشتشدگان، دانشگاهیان و سیاستمدارانی نبودند که به عنوان نماینده در قورولتای شرکت کرده بودند، بلکه اعضای کادر فنی بودند. بهطوری که در ۸ مارس، علی یوسفزاده، دبیر علمی کمیته سازماندهی قورولتای و یکی از جوانانی که جمهوری آذربایجان برای تحصیل به خارج از کشور فرستاده بود - که در مدرسه عالی علوم سیاسی فرانسه تحصیل کرده و به وطن بازگشته بود - دستگیر شد و در ۱۱ مارس، احمد حاجینسکی و داداش حسناف، رهبران حزب مساوات که به صورت مخفیانه فعالیت میکرد، دستگیر شدند. بازداشتشدگان نزدیک به سه ماه بازجویی شدند و اطلاعاتی درباره اینکه فهرست دعوتشدگان به قورولتای توسط چه کسانی تهیه شده، گفتگوهای خارج از گردهمایی و اطلاعاتی درباره نمایندگان و شرکتکنندگان به دست آمد. کسانی که در بازجویی اولیه نامشان ذکر شد، به شدت مجازات شدند و از اطلاعات بهدستآمده از آنان استفاده گردید و در سال ۱۹۳۷ بسیاری از نمایندگان و شرکتکنندگان قورولتای ساکن در اتحاد جماهیر شوروی نابود شدند.
1926-cı ilin fevralın 26-dan martın 6-dək Bakıda keçirilən Birinci Türkoloji Qurultaydan yüz il ötür. İstər qurultay günlərində, istərsə də sonrakı illərdə yalnız Azərbaycanda deyil, keçmiş Sovetlər Birliyində, Türkiyədə, İranda və başqa ölkələrdə mövzu ilə bağlı yüzlərlə məqalə, onlarca kitab çap olunmuşdur. Radio və televiziyada çox danışılmış, Türk xalqlarının mədəni inkişafına göstərilən qayğı və diqqət tərənnüm olunmuşdur. Necə deyərlər, yazılarda, verilişlərdə, araşdırmalarda qurultayın görünən tərəfləri qabardılmışdır.
Birinci Türkoloji Qurultayın nümayəndələrinin 1937-ci ildə millətçilikdə, antisovet təbliğatında suçlanaraq “xalq düşməni” adlandırılıb güllələnməsi hadisələrin əsl mahiyyətinin qaranlıqda qalmasına səbəb olmuşdur.
Sovetlər Birliyinin çöküşündən sonra arxivlərdə gizli saxlanılan sənədlərin bir qisminin üzərindəki “məxfi”lik götürülmüş, bundan yararlanan araşdırıcılar qurultayın keçirilməsində müstəmləkəçi dövlətlərin əsl məqsədlərini ortaya qoymağa çalışmışlar. Yeni nəsil araşdırıcılarının bir qismində belə bir fikir yaranmışdır ki, Sovet xüsusi xidmət orqanları millətçi, vətənpərvər insanları müəyyənləşdirmək və onları aradan götürmək üçün Birinci Türkoloji Qurultayın keçirilməsinə şərait yaradıb.
Son 200 ilin tarixini diqqətlə göz önünə sərdikdə aydın olur ki, Türkoloji Qurultay sadəcə Türk xalqlarının aydınlarını məhv etmək üçün keçirilməmişdi. Bu qurultay Rusiya müstəmləkəçilərinin assimilə (əritmə) siyasətinin bir parçası olmuşdur. Çar Rusiyası əsarətdə saxladığı xalqları xristianlaşdırmaq, assimilə etmək üçün gizli və yumşaq siyasət yeridirdi. Sovetlər çar hökumətinin əsarət altında saxladığı xalqları əritmək siyasətini beynəlmiləlçilik adı altında davam etdirdi. Xalqları əsarətdən xilas edəcəyini vəd etsə də əməldə müstəmləkəçinin əritmə siyasətinin formasını dəyişdi. O, xalqları kiçik qruplara parçaladıqdan sonra, onların dilini, mədəniyyətini, tarixini unutdurub ruslaşdırmağı planlaşdırdı.
Azərbaycan Kommunist Partiyasının və Azərbaycan Milli Təhlükəsizlik Xidmətinin arxivindəki sənədlər onu göstərdi ki, qurultayda KQB-nin yetərincə agenti - informatoru olduğuna görə toplantıdan iki gün sonra həbslər başlanmışdır. İlk həbs edilənlər qurultayda nümayəndə kimi iştirak etmiş elm adamları və siyasətçilər deyil, texniki heyətin üzvləri olub. Belə ki, martın 8-də qurultayın Təşkilat Komitəsinin elmi katibi, Azərbaycan Cümhuriyyətinin xarici ölkələrə təhsil almağa göndərdiyi gənclərdən biri - Fransadakı Ali Siyasi Məktəbdə təhsil alıb vətənə dönmüş Əli Yusifzadə idisə, martın 11-də həbs edilən gizli fəaliyyət göstərən Müsavat Partiyasının rəhbərləri Əhməd Hacınski və Dadaş Həsənov idi. Həbs edilənlər üç aya yaxın dindirilərək, qurultaya dəvət edilənlərin siyahısının kimlər tərəfindən hazırlanması, toplantıdan kənarda gedən söhbətlər, nümayəndələr və iştirakçılar haqqında məlumat əldə edilmişdir. İlk istintaqda adı çəkilənlər sərt cəzalandırılmış, onlardan əldə edilən bilgilərdən istifadə edilmiş, 1937-ci ildə Sovetlər Birliyində yaşayan qurultay nümayəndələri və iştirakçılarının çoxu məhv edilmişdir.